-
- 15-03-2023, 18:50
- 291
Qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı məlumat
Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən News24.az-a verilən məlumata görə, martın 14-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri, Xaçmaz və Qazax rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.