“1918-ci il mart hadisələri - Unudulmayan tarix!”
    • 31-03-2023, 15:44
    • 270

“1918-ci il mart hadisələri - Unudulmayan tarix!”

2023-cü il martın 31-də saat 1100- da Azərbaycan Hərb Tarixi Muzeyində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “1918-ci il mart hadisələri - unudulmayan tarix!” adlı tədbir keçirilib.

News24.az xəbər verir ki, tədbirdə Təlim Tədris Mərkəzindən kapitan Qasımov Vasif, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, Yasamal rayon Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Bəhram Şeydayev, bəstəkar Məryam Əlibəyli, Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynli iştirak edib. 

Tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Nacı Həsənov,  muzeyin tədqiqatçı-baş elmi işçisi tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Yasamal rayon üzrə sədri Bəhram Şeydayevin məruzə və çıxışları dinlənildi, 31 mart azərbaycanlıların soyqırımına həsr olunmuş qısa metrajlı sənədli film nümayiş olundu.