Əbülfəz Qarayev: “Günahkarlar öz cəzalarını çəkirlər”
    • 10-04-2023, 15:50
    • 458

Əbülfəz Qarayev: “Günahkarlar öz cəzalarını çəkirlər”

“Azərbaycan Prezidentinin və Mehriban xanımın dəstəyi ilə Azərbaycan mədəniyyəti həmişə inkişaf edib. Əminəm ki, mədəniyyətimiz daha da böyük zirvələrə çıxacaq. Yeni təyin olunan şəxslər buna layiqdilər. Onlar var qüvvələri ilə çalışmalıdırlar, Azərbaycan mədəniyyətinin dünya miqyasında tanınması üçün çox böyük işlər görməlidirlər”.

Bu fikirləri News24.az-a açıqlamasında sabiq mədəniyyət naziri Əbülfəz Qarayev deyib.

O bildirib ki, fəaliyyətdə olduğu dönəmlə bağlı nöqsanları olan şəxslər qanuni çərçivədə öz cəzalarını çəkiblər: “Bu, təbii prosesdir. Hesab edirəm ki, Cənab Prezidentin uğurlu siyasəti öz bəhrəsini verir”.

Müxbir: Qumral Əliyeva
Foto: Nicat Niftəliyev