Almaniyaya sığınan azərbaycanlılar Ukraynaya geri qayıdıblar
    • 11-04-2023, 13:08
    • 177

Almaniyaya sığınan azərbaycanlılar Ukraynaya geri qayıdıblar

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almaniyaya sığınmaq məcburiyyətində qalan Ukrayna vətəndaşı olan azərbaycanlıların bir qrupu Ukraynaya qayıdıb.

News24.az “Report”-a istinadən xəbər verir ki, ötən gün Ukraynaya geri qayıtmaq istəyənlər Almaniyanın Duisburq şəhər vağzalına toplaşıblar. Geri dönmək istəyənlərin sırasında ümumilikdə 11 azərbaycanlı olub.

Polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yoxlanılan şəxslər avtobusa mindirilərək, yola düşüblər.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildirilib ki, müharibə səbəbindən edilən xəbərdarlığa baxmayaraq, son iki ayda Ukraynaya geri qayıdan insanların sayında artım qeydə alınıb.

BAMF-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi geri dönən Ukrayna vətəndaşlarının sayı on minə yaxındır.