BMT: İtaliyaya gələn qeyri-qanuni miqrantların sayında 300 faiz artım olub
    • 14-04-2023, 17:13
    • 142

BMT: İtaliyaya gələn qeyri-qanuni miqrantların sayında 300 faiz artım olub

Birləşmiş Millətlər Təşkilatı (BMT) son vaxtlar İtaliyaya gələn qeyri-qanuni miqrantların sayının keçən ilin eyni dövrü ilə müqayisədə 300 faiz artdığını açıqlayıb.

News24.az xəbər verir ki, bu məlumat BMT-nin Cenevrə ofisinin sözçüsü Alessandra Velluccinin moderatorluğu ilə həftəlik mətbuat konfransında deyilib. 

İtaliya son vaxtlar artan miqrant böhranını idarə etmək üçün 6 ay müddətinə fövqəladə vəziyyət elan edib.