“MərkəzdəSİZ”: Uğurlu adamlar 143 saylı məktəbdə - FOTO/VİDEO
    • 18-04-2023, 17:55
    • 1 301

“MərkəzdəSİZ”: Uğurlu adamlar 143 saylı məktəbdə - FOTO/VİDEO

Bakının 143 saylı tam orta məktəbinin ənənəvi həyata keçirdiyi "MərkəzdəSİZ" layihəsi çərçivəsində növbəti görüş keçirilib. 
Əsasən 10-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan layihə təhsilə yeni baxış gətirmək, peşəkarların təcrübələrindən faydalanmaq, bilik və bacarıqla qazanılan uğurları diqqət mərkəzinə çəkmək məqsədi daşıyır. 

News24.az xəbər verir ki, layihənin bu dəfəki qonağı Bakı Şəhər Təhsil İdarəsi müdirinin müavini Anar Məmmədov və T-network təhsil işçilərinin təcrübə və kommunikasiya  platformasının rəhbəri Cəfər Mənsimi olub.

Anar Məmmədov bildirib ki, şagirdlərlə bu görüşün məqsədi müxtəlif sahələrdə uğur qazanan insanları onlara tanıtmaqdır: "Bu görüşlər şagirdlərə öz potensiallarını kəşf etməyə yardımçı olacaq. Hazırda həm məktəblərin, həm də təhsil ictimaiyyətinin üzərinə düşən vəzifə məhz şagirdlərin potensialının üzə çıxarılması üçün müvafiq şəraitin yaradılmasıdır”. 

C. Məsimi isə abituriyentlərə öz bacarıqlatını ortaya çıxarmaq, yeni məqsədlər, yeni ideyalar formalaşdırmaqla bağlı motivasiya çıxışı edib. Sonda o, abituriyentlərə öz “Uğur Kitabı”nı təqdim edib.

Məktəbin direktoru Rübabə Abdullayeva layihənin davamlı həyata keçiriləcəyini əlavə edib: "Bu layihə vasitəsilə abituriyentlərlə təhsil sahəsində uğur qazanmış şəxslərin görüşünü təşkil edirik. Məqsədimiz elmin və bacarığın üstünlüyünü şagirdlərə əyani olaraq nümayiş etdirməkdir. Ümid edirəm ki, şagirdlərimiz bu görüşlərdən sonra gələcək planlamalarını daha düzgün quracaq və həyata keçirəcəklər"

Qumral Əliyeva
Nicat Niftəliyev