"MərkəzdəSİZ" - 143 saylı orta məktəbdə yeni LAYİHƏ- VİDEO/FOTO
    • 22-12-2022, 18:20
    • 408

"MərkəzdəSİZ" - 143 saylı orta məktəbdə yeni LAYİHƏ- VİDEO/FOTO

143 nömrəli tam orta məktəbdə "MərkəzdəSİZ" adlı yeni layihəyə start verilib. Əsasən, 10-11-ci siniflər üçün təşkil edilən layihə abituriyentlərə düzgün ixtisas seçimi, oxumaq strategiyası, gələcək ixtisasını düzgün müəyyən etmək üçün yardım məqsədi ilə reallaşdırılır.

News24.az xəbər verir ki, layihənin ilk qonağı təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov olub. O, abituriyentlərlə yeni bilik, bacarıq, səriştə və praktik biliklərə tam yiyələnmələri və doğru karyera planlaması mövzusunda müzakirələr aparıb: "Şagirdlərlə pedoqoji cəhətdən səmərəli öyrənə bilmələri, uğurlu karyera qurmaq bacarıqlarını mənimsəmələri, özlərinə daha yaxşı hədəflər müəyyən edə bilmələri mövzusunda söhbət apardıq. Söhbətimizlə şagirdlərin beynindəki sual işarələrini aradan qaldırmağa çalışdıq".

Görüş zamanı ekspert abituriyentlərə öz tövsiyələrini də bildirib.

Məktəbin direktoru Rübabə Abdullayeva layihənin davamlı həyata keçiriləcəyini bildirib: "Bu layihə çərçivəsində məktəbimizin 10-11-ci siniflərində təhsil alan abituriyentlər onları maraqlandıran sualları qonağımıza ünvanlayacaqlar. Suallar əsasən abituriyentlərin maraq dairəsində olan ixtisas seçimi, düzgün kodlaşdırma mövzularında olacaq. Layihə çərçivəsində ardıcıl olaraq hər ay bir təhsil mütəxəsisini məktəbimizə dəvət edəcəyik".

Qumral Əliyeva 
Nicat Niftəliyev