Binəqədidə 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıblar - VİDEO
    • 26-04-2023, 11:41
    • 175

Binəqədidə 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıblar - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsi və ətraf ərazilərdə yerləşən evlərdən silsilə oğurluqlar edən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əhmədov saxlanılıb. Onun Binəqədi qəsəbəsində 12 evdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Binəqədi RPİ-nin 43–cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə yeni tikilməkdə olan evlərdən təmir-tikinti və kombi aparatları oğurlayan əvvəllər məhkum olunmuş Vüsal Zeynalov da saxlanılaraq istintaqa təqdim edilib. Onun saxlanılan müddətə qədər 10 evdən oğurluq etdiyi məlum olub. Aşkar edilən faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

Bəhruz Əhmədov və Vüsal Zeynalovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, 43-cü Polis Bölməsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.