Hulusi Akar Ermənistana çağırış ETDİ
    • 27-04-2023, 15:48
    • 138

Hulusi Akar Ermənistana çağırış ETDİ

“Soyqırımı iddiaları Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması istiqamətindəki ən böyük maneədir”.

News24.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Azərbaycan 30 illik işğaldan sonra “bəsdir artıq” deyərək torpaqlarını azad etdi: “Bundan sonra biz Ermənistana sülh əli uzatdıq. Arzumuz Ermənistanın ən qısa vaxtda uzatdığımız sülh əlini tutması, belə səhv addımlarla xalqının gələcəyinə mane olmamasıdır”./report/