Həbsxana lüks otel oldu - VİDEO
    • 2-05-2023, 12:22
    • 164

Həbsxana lüks otel oldu - VİDEO

Avstraliyada bir müddət ən ağır cinayətləri törədən şəxslərin saxlandığı həbsxana lüks otelə çevirilib.

News24.az xəbər verir ki, otel rəsmiləri qaçış cəhdlərinin qarşısını almaq üçün möhkəmləndirilmiş divarların inşaat zamanı onlara çox çətinlik yaratdığını bildiriblər.

1851-ci ildə tikilmiş Pentrik həbsxanası təxminən 150 il ərzində açıq olub.

Dəhlizlərinin ümumi uzunluğu 6 kilometrə çatan həbsxanada Avstraliyanın ən qəddar cinayətkarlarından biri olan Ned Kelli də cəza çəkib. /NTV Türkiye/