Türkiyəli məşhur müğənninin konsertində yanğın - FOTO
    • 5-05-2023, 09:56
    • 142

Türkiyəli məşhur müğənninin konsertində yanğın - FOTO

Mersində "Ədalət və İnkişaf Partiyası" (AK Partiya_ Təşkilatının təşkil etdiyi Cengiz Kurtoğlunun konsertində yanğın baş verib.

News24.az
xəbər verir ki, konsert zamanı müğənni Cengiz Kurtoğlu mahnılarını səsləndirib. Həmin vaxt səhnənin arxasında texniki avadanlıqların yerləşdiyi TIR-dan tüstü qalxmağa başlayıb. Alov tezliklə böyüb.

Kurtoğlu və konserti izləyən Xəzinə və Maliyyə naziri Nurəddin Nebati mühafizəçilərin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb.

Yanğın tez bir zamanda söndürülüb. Ölən və xəsarət alan olmayıb. /NTV Türkiye/