PSJ Neymarın satış qiymətini AÇIQLADI
    • 12-12-2020, 10:12
    • 807

PSJ Neymarın satış qiymətini AÇIQLADI

"Pari Sen-Jermen" futbol klubunun prezidenti Nasser Əl-Xəlafi braziliyalı hücumçu Neymarın satış qiymətini təyin edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ oyunçunu 100 milyon avrodan aşağı qiymətə satmayacaq.

Xatırladaq ki, Neymar PSJ-yə 2017-ci ilin yayında "Barselona"dan keçib. Transferin məbləği rekord - 222 milyon avro təşkil edib. Futbolçu Paris klubu ilə üç dəfə Fransa çempionu olub, iki dəfə ölkə Kubokunu qazanıb, həmçinin Liqa Kuboku və milli Superkuboku udub. Oyunçunun müqaviləsi 2022-ci il ilin yayına qədər qüvvədədir.