Qırıcı təyyarə yaşayış binasının üzərinə düşdü - ÖLƏNLƏR VAR
    • 8-05-2023, 12:34
    • 167

Qırıcı təyyarə yaşayış binasının üzərinə düşdü - ÖLƏNLƏR VAR

Hindistanın Racastan ştatında MiQ-21 qırıcısının yaşayış binasının üzərinə düşməsi nəticəsində 3 nəfər ölüb.

News24.az xəbər verir ki, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus olan təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Pilot katapult edib və həyat üçün heç bir təhlükənin olmadığı bildirilib. 

Hadisə ilə bağlı araşdırmaya başlayıb. Qəzanım texniki səbəbdən baş verdiyi ehtimal edilir. /NDTV/