9 nəfər naməlum xəstəlikdən dünyasını dəyişdi
    • 12-05-2023, 08:43
    • 147

9 nəfər naməlum xəstəlikdən dünyasını dəyişdi

Keniyada səbəbi bəlli olmayan xəstəlikdən 9 nəfərin ölüb.

News24.az xəbər verir ki, ölkənin şimalındakı Marsabit bölgəsində baş verən epidemiya çoxlu sayda insana təsir edib. 

Səbəbi hələ də müəyyən edilməyən xəstəlikdən 3-ü körpə olmaqla 9 nəfər ölüb, 80-dən çox insanda isə xəstəliyin əlamətləri müşahidə edilib. 

Bölgədə epidemiyaya qarşı tədbirlər görülür. Yoluxma hallarında isəartım qeydə alınır. 

İlkin ehtimala görə, epidemiyanın ağır malyariya ola biləcəyi təxmin edilir.

Xəstələrdə şiddətli baş ağrısı, gözlərin saralması və qrip əlamətləri müşahidə olunub. /NTV Türkiye/