Ata oğlunun məzarı üstündə niyə intihar edib? - TƏFƏRRÜAT
    • 12-05-2023, 11:04
    • 220

Ata oğlunun məzarı üstündə niyə intihar edib? - TƏFƏRRÜAT

Ötən gün Astarada intihar hadisəsi baş verib. Rayon sakini 1960-cı il təvəllüdlü İsbət Əliyev Həsin kəndində yerləşən qəbiristanlıqda oğlu Əfqan Əliyevin məzarının yaxınlığında yerləşən ağacdan özünü asaraq öldürüb. 

News24.az modern.az-a istinadən xəbər verir ki, İsbat Əliyevin oğlu Ə.Əliyev keçən ilin noyabr ayında avtomobil qəzasına düşərək, faciəvi şəkildə həyatının itirib. 

Övladının ölümündən sonra özünə qapanan İ.Əliyev yaxınları ilə söhbətində yaşamaq istəmədiyini bildirib. 

"İsbət Əliyev oğlunun vəfatından sonra yaşamağı özünə ar bildiyini, övladından yadigar qalan 2 oğlan nəvəsini görəndə vicdan əzabı çəkdiyini, ölmək istədiyini söyləyirdi", - mərhumun həmkəndliləri deyib. 

İsbət Əliyev Şağlazüzə kənd məktəbində gözətçi işləyib. Onun 2 oğlu, 3 qızı olub. Övladlarından biri yol qəzasında dünyasını dəyişib. 

Hazırda intihar faktı ilə bağlı araşdırma aparılır.