Serbiyada məktəbə hücum: ölənlərin sayı 10-a çatıb
    • 17-05-2023, 00:15
    • 252

Serbiyada məktəbə hücum: ölənlərin sayı 10-a çatıb

Serbiyanın paytaxtı Belqradda orta məktəbə silahlı hücum nəticəsində həlak olanların sayı 10 nəfərə yüksəlib.

News24.az xəbər verir ki, Səhiyyə Nazirliyi mayın 3-də Vladislav Ribnikar adına məktəbə silahlı hücum nəticəsində ağır yaralanan 14 yaşlı qız şagirdin müalicə aldığı xəstəxanada öldüyünü açıqlayıb. Bununla da məktəbə hücumda ölənlərin sayı 10-a çatıb.

Xatırladaq ki, mayın 5-nə keçən gecə isə Belqrad yaxınlığındakı Mladenvaçda silahlı şəxs 8 nəfəri qətlə yetirib. Ard-arda baş verən iki silahlı hücumdan sonra Prezident Aleksandar Vuçiç vətəndaşları qeyri-qanuni silahlarını polis bölmələrinə könüllü təhvil verməyə çağırıb. Həmçinin Serbiya ərazisindəki 1800 məktəbin hər birində iki polis əməkdaşı xidmətə başlayıb.