İkinci tur üçün Kılıçdaroğluna yol göstərdi: “Bunu etsəniz..” – Skandal təklif
    • 18-05-2023, 22:16
    • 180

İkinci tur üçün Kılıçdaroğluna yol göstərdi: “Bunu etsəniz..” – Skandal təklif

Türkiyədə keçirilən prezident və parlament seçkilərində Prezident Rəcəb Tayyib Ərdoğandan geri qalan CHP sədri Kamal Kılıçdaroğlu İngiltərəni üzüb. Seçkilərin ikinci tura getməsindən məyus olan İngiltərədən spekulyativ çağırışlar gəlməyə başlayıb. Kılıçdaroğluna dəstəyi ilə tanınan ingilis iqtisadçı Timoti Eş ikinci tur üçün ona “məsləhət” verib.

Bu barədə Türkiyənin “Yeni Akit” qəzeti yazır.

Londonda maliyyə dairələrinin təqib etdiyi bir isim olan Timoti Eş CHP sədrinə ikinci turdan əvvəl birjada spekulyasiya ilə iqtisadiyyatı hədəfə almaq təklifini verib.

Seçilməsi üçün Kılıçdaroğluna “məsləhət” verən ingilis mütəxəssis bununla seçkilərə müdaxilə çağırışı edib: “İstanbul birjasındakı səhmlərinizi satın, xalq iqtisadiyyatın pisləşdiyi hissinə qapılsın, oyunu dəyişdirin”.

“Yeni Akit” yazır ki, CHP lideri prezidentliyə namizədliyini açıqlanmamışdan əvvəl ABŞ və İngiltərədə olub. İki ölkədə iqtisadçılarla görüşdüyünü deyən Kılıçdaroğlu İngiltərədə 300 milyard dollar “təmiz pul” tapdığını iddia etmişdi.

Türk nəşri Timoti Eşi "İngiltərə kəşfiyyatının (MI6) agenti" adlandırıb.

Türkiyədə prezident seçkisinin ikinci turu mayın 28-də keçiriləcək. CHP sədri seçkidə Prezident Rəcəb Tayyib Ərdoğana qarşı yarışacaq. /Teleqraf.com/