Xırdalanda evdən qızıl OĞURLANDI
    • 19-05-2023, 10:08
    • 157

Xırdalanda evdən qızıl OĞURLANDI

Abşeronda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.