Türkiyədə hərbi avtomobil aşıb, 9 nəfər yaralanıb
    • 20-05-2023, 17:53
    • 211

Türkiyədə hərbi avtomobil aşıb, 9 nəfər yaralanıb

Türkiyənin Hakkari-Van yolunda hərbi avtomobil aşıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində 9 hərbçi yaralanıb.

Onlar ərazidəki xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.

Məlumata görə, yolun sürüşkən olması qəzaya səbəb olub.