Deputat gənclərlə birlikdə zibil yığdı - Fotolar
    • 22-05-2023, 11:03
    • 202

Deputat gənclərlə birlikdə zibil yığdı - Fotolar

Milli Məclisin Elm və təhsil, İctimai Birliklər və dini qurumlar komitələrinin üzvü, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov gənclərlə birgə təmizlik aksiyasına qoşulub. 

News24.az 
xəbər verir ki, millət vəkili aksiya çərçivəsində 2 hektardan çox sahil zolağını təmizlədiyini qeyd edib: 

Bu gün bir qrup gənclə birlikdə "Təmiz dünya" devizi altında təmizlik aksiyası keçirdik. Aksiya zamanı 2 hektardan artıq sahil zolağını plastik və digər tullantılardan təmizlədik. Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və “Təbiəti sən də qoru” şüarıyla daha çox insana çatdırmaq idi”.