Bakı Zooparkında ayının doğum günü qeyd olundu - FOTOLAR
    • 22-05-2023, 13:00
    • 254

Bakı Zooparkında ayının doğum günü qeyd olundu - FOTOLAR

Bakı Zooloji Parkında uşaqların çox sevdiyi ayının doğum günü qeyd olunub.

News24.az Bakı Zooloji Parkının mətbuat xidmətinə istinadən xəbər verir ki, parkın qayğıkeş işçilərindən ibarət xüsusi komanda ayı üçün dondurma-tort ilə sürpriz etmək qərarına gəliblər və meyvə, giləmeyvələrdən ibarət, ləzzətli dondurma təbəqəsi ilə örtülmüş qeyri-adi bir tort hazırlayıblar.

Bu ad günü insanların və heyvanların arasında qırılmaz bağın olduğunu göstərdiyi üçün həm ziyarətçilər, həm də ayı üçün xüsusi bir ad günü oldu.