İran vətəndaşlarımızı narkomaniyaya sürüklədi - Fazil Mustafa
    • 23-05-2023, 16:36
    • 259

İran vətəndaşlarımızı narkomaniyaya sürüklədi - Fazil Mustafa

"Bu gün ölkədə narkomaniyanın artım səbəbləri əsasən bunlardır: İrandan ötürülən narkotiklər, işsizlik, bu istiqamətdə nəzarətin yetərli səviyyədə olmaması...".

News24.az xəbər verir ki, bu fikirləri Faktmedia.az-a deputat Fazil Mustafa açıqlayıb.

Deputat bildirib ki, orta məktəbdən tutmuş, cəmiyyətin bütün sahələrində narkomaniyaya qarşı ciddi mübarizə aparılmalıdır, səfərbərlik elan edilməlidir:

"Təəssüf ki, bu yoxdur. Ona görə də bu davam edəcək. Bunun qarşısını almaq mümkün deyil, minimuma endirmək olar. Amma, bunun üçün də infrastruktur qurulmalıdır, narkomanların müalicəsi infrastrukturu qurulmalıdır. Bu yoxdur, ona görə də çətin olacaq. Hər halda bu istiqamətdə cəmiyyət səfərbər olunmalıdır, çünki həbs etməklə olmur. Bunun qarşısını almaq üçün ciddi dövlət proqramı həyata keçirilməlidir".