Macarıstandan Türkiyəyə seçki XƏBƏRDARLIĞI - Bu ölkə müdaxilə edəcək
    • 24-05-2023, 14:46
    • 127

Macarıstandan Türkiyəyə seçki XƏBƏRDARLIĞI - Bu ölkə müdaxilə edəcək

“Macar həmkarım Şandor Pinter Vaşinqtonun ölkədəki seçkilərə mümkün təsiri ilə bağlı bizə ehtiyatlı olmaq lazım olduğu barədə xəbərdarlıq edib”. 

News24.az
xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. 

“Macarıstanın baş naziri Orban Soros və onun bütün adamlarını ölkəsindən qovdu. Orban da seçki kampaniyasını LGBT referendumuna çevirdi və bu kampaniyanı 80 faizlik qələbə ilə qazandı. Macarıstanın daxili işlər naziri Şandor Pinter mənim dostumdur. Daim əlaqə saxlayırıq. O, bizə ABŞ Xəzinəsinin seçkilərə təsir etmək üçün pul göndərdiyini söylədi. Bizi də diqqətli olmamız üçün xəbərdar etdi”, - S.Soylu qeyd edib.

Qeyd edək ki, Türkiyənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin birinci turunda səslərin 49,52 faizini, onun yeddi müxalifət partiyasından olan rəqibi Kamal Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb. Prezident seçkilərinin ikinci turu mayın 28-nə təyin edilib. Qalib gəlmək üçün namizədə sadə səs çoxluğu lazımdır. Şənbə günü Türkiyənin xarici nümayəndəliklərində və sərhəd-keçid məntəqələrində səsvermə başlayıb.

Turan