Türkiyədəki seçkilərin 2-ci turunda xaricdə səsvermə rekord qırdı
    • 25-05-2023, 08:48
    • 151

Türkiyədəki seçkilərin 2-ci turunda xaricdə səsvermə rekord qırdı

Türkiyədəki prezident seçkilərinin 2-ci turu üçün 73 ölkədə 151 nümayəndəlikdə keçirilən səsvermə prosesi ötən gün başa çatıb.

News24.az xəbər verir ki, xaricdə olan Türkiyə vətəndaşları ikinci tur üçün səsvermənin ilk günü mayın 20-i günü nümayəndəlik və gömrük məntəqələrində uzun növbələr yaradıblar.

İlk gün nümayəndəliklərdə 510 min 926 seçici səs verib. İkinci gündə isə bu rəqəm 1 milyon 38-ə yüksəlib. İlk dörd gündə  1 milyon 733 min 973 sesici səs verib. 

Son gün isə bu rəqəm 1 milyon 856 min 968-ə çatıb. 

Qeyd edək ki, seçkilərin birinci turunda 1 milyon 691 min 287 seçici xaricdə, 148 min 847 seçici isə gömrükdə səsv vermişdi. /CNN Türk/