İrina Şeyk "Kann Film Festivalı"ndakı geyimlərindən danışdı - FOTOLAR
    • 25-05-2023, 10:03
    • 825

İrina Şeyk "Kann Film Festivalı"ndakı geyimlərindən danışdı - FOTOLAR

Dünyaca məşhur supermodel İrina Şeyk bu ilki "Kann Film Festivalı"nın qırmızı xalçasında ən çox gözəçarpan və haqqında danışılan məşhurlardan birinə çevrilib.

News24.az xəbər verir ki, 37 yaşlı supermodelin "Gucci" brendinə məxsus transparan libasdakı görünüşü hər kəsi heyran edib. 

Tərzi haqda danışan İrina Şeyk bu il "Kann" festivalı üçün qarderobunu hazırlayan zaman çox əyləndiyini bildirib. "Çox sevdiyim bəzi böyük dizaynerləri geyimlərimlə dəstəkləmək və "Kann" üçün müasir geyim tərzini nümayiş etdirmək istədim. Sevimli obraz seçmək həqiqətən çətindir. Çünki hamısı çox unikaldır!" /Spletnik.ru/