Uçuşlar təxirə salındı, məktəblər bağlandı - Göydən kül yağır
    • 25-05-2023, 10:13
    • 108

Uçuşlar təxirə salındı, məktəblər bağlandı - Göydən kül yağır

Meksikada Popocatepetl vulkanının püskürməsi nəticəsində meydana gələn kül yağıntıları güclü küləklərin təsiri ilə toz fırtınasına səbəb olub.

News24.az xəbər verir ki, vulkanın şərqində yerləşən Puebla əyaləti kül yağıntılarından ən çox təsirlənən bölgələr arasındadır. 

Bəzi iş yerlərinin bağlanması gündəlik həyata mənfi təsir edib. Toz fırtınası zamanı qeydə alınan görüntülərdə küçələri duman qatının bürüdüyü qeydə alınıb. 

Kül yağışı vulkanın ətrafındakı bir çox əyalətdə məktəblərin tətili, uçuşların təxirə salınması kimi tədbirlərə səbəb olub.

Səlahiyyətlilər vulkan külünün sağlamlığa zərərli olduğuna diqqət çəkərək vətəndaşlara maska və eynək taxmaq kimi tövsiyələr verib. /CNN Türk/