"Azərbaycanla Ermənistan arasında bu razılığın olması vacibdir"
    • 25-05-2023, 18:21
    • 251

"Azərbaycanla Ermənistan arasında bu razılığın olması vacibdir"

Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünə dair razılığın olması vacibdir, qalanları ikinci dərəcəlidir.

News24.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Avrasiya Ali İqtisadi Şurasının geniştərkibli iclasında çıxışında bildirib.

“Sizin bayaq dediyiniz - həm Azərbaycan Prezidentinin, həm də Ermənistanın baş nazirinin fundamental məsələdə, ərazi bütövlüyü məsələsində prinsipial razılığın olması daha vacibdir. Dəhliz, yol terminləri əsas deyil, bu, həqiqətən də, ikinci dərəcəli xarakter daşıyan digər məsələlərin razılaşdırılması üçün əsasdır. Baxmayaraq ki, onlar da mühüm əhəmiyyət kəsb edir”, - Rusiya lideri qeyd edib.

Turan