Kolumbiyadakı seçkilərdə pozuntular! Səslər pulla alınıb?
    • 6-06-2023, 10:57
    • 103

Kolumbiyadakı seçkilərdə pozuntular! Səslər pulla alınıb?

Kolumbiyada Milli Seçki Şurası prezident Qustavo Petronun seçki kampaniyasında qanun pozuntularına yol verdiyi iddiası ilə araşdırmaya başlayıb.

News24.az
xəbər verir ki, Kolumbiyanın Karakasdakı keçmiş səfiri Armando Benedetti ilə Petronun kabinet rəhbəri Laura Sarabia arasında telefon danışığında Petronun seçki kampaniyası zamanı müəyyən miqdarda səs satın aldığı iddia edilib.

Yayımlanan səs yazılarında Benedettinin Sarabiaya Petronun seçki kampaniyası zamanı xüsusilə sahilyanı bölgələrdə səslərin pulla alındığını və beləliklə də seçkilərdə qalib gəldiyini söylədiyi önə sürülüb. 

Böyük ictimai müzakirələrə səbəb olan iddialardan sonra Milli Seçki Şurası iyunun 13-də Benedetti və Sarabianı şahid qismində ifadə verməyə çağırıb. /NTV Türkiye/