Kolumbiyada 7 nazir istefa verdi
    • 27-04-2023, 10:54
    • 296

Kolumbiyada 7 nazir istefa verdi

Kolumbiyada prezident Qustavo Petronun istəyi ilə onun kabinetində olan 7 nazir vəzifələrindən istefa verib.

News24.az xəbər verir ki, Qustavo Petronun kabinetdə dəyişiklik edilməsi tələbindən sonra Daxili İşlər, Səhiyyə, Kənd Təsərrüfatı, Elm, Maliyyə, Nəqliyyat və Rabitə və Texnologiya nazirləri tutuqları vəzifələri tərk ediblər. 

Müdafiə, Xarici İşlər, Energetika və Mədən nazirlərinin vəzifələrində heç bir dəyişiklik olmadığı və istefa verən nazirlərin yerinə yeni nazirlərin təyin edildiyi bildirilib. /NTV Türkiye/