Borclulara xəbərdarlıq: Bundan sonra qapınızı onlar döyəcək
    • 9-06-2023, 18:52
    • 198

Borclulara xəbərdarlıq: Bundan sonra qapınızı onlar döyəcək

Rusiyada borcludan borcların yığılması üçün robot proqramı işə salınıb.

News24.az xəbər verir ki, bu barədə “TASS”- a Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətindən (FSSP) məlumat verilib.

Ölkədə ilk dəfə olaraq Ryazandan olan borcluya qarşı məhkəmə icraçısının iştirakı olmadan icra prosesi başladılıb. Qanunun icrası çərçivəsində avtomatik rejimli FSSP-nin pilot şöbəsi açılıb ki, bu da vəzifəli şəxslərin iştirakı olmadan icra işlərinin başa çatması, dayandırılması , habelə icra haqqının toplanması və borclulara qoyulan məhdudiyyətlərin ləğvi barədə prosessual qərarlar qəbul etməyə imkan verir.