Ukrayna PUA-ları rusların peyk rabitə sistemini məhv etdi
    • 12-06-2023, 20:22
    • 180

Ukrayna PUA-ları rusların peyk rabitə sistemini məhv etdi

Ukrayna PUA-ları Svatovsko-Kupyansk istiqamətində rusların peyk rabitə sistemini məhv edib.

News24.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

Qeyd olunur ki, 92-ci İxtisaslaşdırılmış Briqadanın PUA-ları cəbhənin sözügedən istiqamətində 2 VSAT antenasını məhv edib.

"Onlar ruslara sürətlə məlumat mübadiləsi aparmağa imkan verirdilər. İndi bu, keçmişdə qaldı", - məlumatda qeyd olunub.