Təhlükə artır! - Çatlar genişlənir...
    • 13-06-2023, 18:40
    • 160

Təhlükə artır! - Çatlar genişlənir...

Antalyanın tarixi məkanı – Kaleiçi Yat Limanında (gəmi limanı) çatlar getdikcə böyüyür. 

News24.az xəbər verir ki, çatların ildə 5-6 santimetr böyüdüyü qeyd edilir. Kaleiçi Yat Limanı Kooperativinin üzvü olan qayıqçılarla TURMEPA Antalya Şöbəsinin təmsilçiləri hər gün on minlərlə insanın üzərinə çıxaraq həm limanı, həm də Kaleiçini seyr etdikləri arakəsmədə çatların getdikcə daha da genişləndiyini təsbit ediblər.

Çatların arası 2022-ci ildə  16 santimetr idisə, 1 il ərzində boşluğun genişliyi 22 santimetrə çatıb. Xüsusən də qış aylarında nəhəng dalğaların arakəsməyə çırpılması nəticəsində çatlar getdikcə böyüyür. Arakəsmədə irili-xırdalı neçə çat var. TURMEPA Antalya Şöbəsinin başqanı İzzət Ünlü bildirib ki, 1983-cü ildə inşa edilən arakəsmə güclü aşınmaya məruz qalıb.

Turistlər burada addımlayarkən ehtiyatlı olmalıdır. Dənizə yıxılmaq təhlükəsi böyükdür. İ.Ünlü bir neşə turisti çatların arasından dənizə düşməkdən xilas etdiyini də deyib. Təcili müdaxilə edilməsə, arakəsmə uçulub dağılacaq. Çünki dəniz suları zaman-zaman arakəsmənin özülünü yuyub aparır./sherg.az/