Tiflisdə dərinliyi 18 metr olan çatlar yarandı
    • 24-03-2021, 15:01
    • 333

Tiflisdə dərinliyi 18 metr olan çatlar yarandı

Tiflisin ətraf bölgələrindəki yamaclardan birində dərinliyi 18 metrə çatan nəhəng çatlar əmələ gəlib.

News24.az RİA-ya istinadən xəbər verir ki, ərazidə sürüşmə proseslərinin aktivləşməsi təhlükəsi yaranıb. Paytaxta Almaniyadan geoloqlar dəvət olunub. 

Araşdırmalar zamanı Vaşlijvari yamacında sürüşmə kütləsinin 24 saat ərzində təxminən 5 santimetr hərəkət etdiyi öyrənilib.

Paytaxt meri Kaxa Kaladze sakinlər arasında narahatlığa heç bir əsasın olmadığını və sürüşmənin qarşısını almaq üçün bütün tədbirlərin görüləcəyini  bildirib.