Avtomobildən 5 min manatlıq saat oğurlandı
    • 14-06-2023, 10:52
    • 236

Avtomobildən 5 min manatlıq saat oğurlandı

Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.

News24.az xəbər verir ki, iyunun 11-də Nizami rayonunun Ş.Mirzəyev küçəsində yerləşən avtoyuma məntəqələrinin birində avtomobildən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla “Chevrolet” markalı avtomobildən 5000 manat dəyərində qol saatının qeyri-aşkar şəraitdə oğurlanması məlum olunub.

Əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.