NATO Kiyevə F-16-lardan istifadə etməyi TƏKLİF ETDİ
    • 16-06-2023, 13:14
    • 115

NATO Kiyevə F-16-lardan istifadə etməyi TƏKLİF ETDİ

“Əgər NATO ölkələri Ukraynaya işlənmiş F -16-lar verərsə, bu, Kiyevi alyansa daha da bağlayacaq, çünki bu təyyarələrə texniki qulluq çox baha başa gələcək”.

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır. 

“Müttəfiqlər iştirakçı ölkələrin hava donanmalarından təyyarələr təklif etməklə ilkin xərcləri azaltmağa müvəffəq oldular, lakin bu köhnəlmiş F-16-ların havada uçması Ukraynaya Aİ-də daha da dəstək vermək üçün qanun layihələrindən artan narazılıq fonunda ildə yüz milyonlarla dollara başa gələ bilər”, - xəbərdə deyilir.

Qeyd olunur ki, Kiyevin NATO-nun “ən bahalı və müasir silahları” ilə təmin olunması Putinə NATO-nun Ukraynaya uzunmüddətli dəstək öhdəliyinə dair siqnal olmalıdır.

İyunun 14-də NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın rəhbərlik etdiyi Ukrayna üzrə təmas qrupu F-16 qırıcıları üçün ukraynalı pilotların hazırlanmasını müzakirə edəcək.

Akqabay