Hacıqabulda təlim maşını qəzaya uğrayıb, ölən var - FOTO
    • 16-06-2023, 13:38
    • 157

Hacıqabulda təlim maşını qəzaya uğrayıb, ölən var - FOTO

Hacıqabulda ölümlə nəticələnən yol qəzası olub.

News24.az-ın məlumatına görə, hadisə Şirvan-Hacıqabul magistralında baş verib. “VAZ 21015” markalı avtomobillə Hacıqabul sürücülük məktəbinin təlim avtomobili toqquşub. Nəticədə “VAZ 21015” markalı avtomobilin sürücüsü, Gəncə sakini Osmanov Vüqar Osman oğlu hadisə yerində ölüb. Digər sürücü, 1951-ci il təvəllüdlü Hüseynov Zakir Sərdar oğlu Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.