Gəncə və Yevlaxda yağış fəsadlar yaratdı - VİDEO
    • 16-06-2023, 18:07
    • 263

Gəncə və Yevlaxda yağış fəsadlar yaratdı - VİDEO

Xəbər verdiyimiz kimi, intensiv yağan yağışlar Gəncə və Yevlax şəhərlərində bir sıra fəsadlara yol açıb.

FHN-nin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə və Yevlax şəhərində bir sıra yerlərin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyin müvafiq olaraq Gəncə və Aran Regional mərkəzləri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb.

FHN-in qüvvələri tərəfindən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin artımının qarşısı alınıb, Yevlax şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.