Bolqarıstanda silah zavodunda partlayış baş verdi
    • Bu gün, 18:23
    • 40

Bolqarıstanda silah zavodunda partlayış baş verdi

Bolqarıstanda silah zavodunda partlayış baş verib. 

News24.az xəbər verir ki, bu barədə Çexiyanın NOVA telekanalı məlumat yayıb.

Onlar efirdə bildiriblər ki, itki olmayıb, lakin ciddi maddi ziyan dəyib.

Hadisənin Terem müdafiə zavodunda döyüş sursatlarının sınaqları zamanı baş verdiyi deyilib. 

Daha sonra Bolqarıstan Milli Televiziyası partlayışın döyüş sursatının partlayıcılarla doldurulma qurğusunda baş verdiyini bildirib.

Partlayış nəticəsində müəssisənin aparatları, yaxınlıqdakı qoruyucu divar və dam örtüyü zədələnib.

İş Bolqarıstan Silahlı Qüvvələrinin hərbi polisi tərəfindən araşdırılır.


Məryəm İlhamqızı