Nadir şahın başına qoyduğu papaqla bağlı maraqlı faktlar
    • Bu gün, 19:00
    • 55

Nadir şahın başına qoyduğu papaqla bağlı maraqlı faktlar

“Hər bir xalqın eləcə də azərbaycanlıların geyim mədəniyyətinin formalaşmasına bir çox amillər təsir edib. İlk növbədə coğrafi şəraiti qeyd etməliyik. Azərbaycan ərazisi dağlıq, dağətəyi və aran zonadan ibarətdir.

Bakıda şəhər xanımlarının geyindiyini kənd məskənlərində görmək mümkün deyildi. Bakıda qadınlar uzun çarşaflar geyinirdilər, bu isə kənd yerlərində keçərli deyildi, ona görə Qarabağ, Naxçıvan, Zərgəzur xanımları nisbətən qısa şəlpələrə üstünlük verirdilər. Bu çöl-tarla işləriylə məşğul olan bəzən də at sürən xanımlar üçün daha praktik idi”.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri etnoqraf İlhamə Məmmədova deyib.

O əlavə edib ki, hər bir sülalənin, dövlətin özünün geyim nümunələri olub.

“Səfəvilər dövründə başa 12 zolaqlı papaq qoyurdular, bu on iki imamın şərəfinə belə adlanırdı. Əfşarlar başqa cür papaqlar təqdim etdi. Bilirsiniz, papaqlar o zamanlar dövlət atributu hesab olunurdu. Beləki, Nadir şah özü başına dörd şiş uclu papaq qoyurdu. Mənası bu idi ki, Nadir şah dünyanın dörd tərəfinə iddia edirdi və islamda olan dörd məzhəbin birləşdirilməsinə cəhd göstərirdilər. Sonrakı Qaçarlar dövründə qəcəri papaqlar meydana gəldi. Beləcə dediyim kimi hər bir sülələnin dövründə yeni geyim nümunələri yaranırdı. Və bu geyimlər Azərbaycan milli geyiminin formalaşmasına şərait yaradırdı”.

Qeyd edək ki, "Qadın Konsensus Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın milli geyimlərinin təbliği - Ənənədən gələcəyə" adlı layihəyə start verib. Dörd ay davam edəcək layihənin keçirilməsində məqsəd Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfimizdir.