Qreta Tunberq saxlanıldı
    • 21-06-2023, 12:44
    • 214

Qreta Tunberq saxlanıldı

Məşhur ekofəal Qreta Tunberq İsveçin Malmö şəhərində aksiya zamanı saxlanılıb.

News24.az xəbər verir ki, Tunberqin başçılıq etdiyi bir qrup etirazçı şəhərin mikrorayonlarından birində yolu bağlayıb.

Polis beş gün ərzində etiraz aksiyasını kənardan izləyib. Hada sonra isə Qreta Tunberq saxlanılıb. 

Ona qarşı rəsmi ittiham irəli sürməyib. Tunberq  saxlanıldıqdan dərhal sonra sərbəst buraxılıb. /Ren TV/