Tokayev Rusiyadakı hadisələrlə bağlı növbədənkənar iclas keçirdi
    • 25-06-2023, 11:02
    • 178

Tokayev Rusiyadakı hadisələrlə bağlı növbədənkənar iclas keçirdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyadakı vəziyyətlə əlaqədar respublikanın Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib.

News24.az xəbər verir ki, Tokayev iclas zamanı baş nazirin, baş prokurorun, Milli Təhlükəsizlik Komitəsinin sədrinin, müdafiə, daxili işlər və xarici işlər nazirlərinin Rusiya Federasiyasında yaranmış vəziyyətlə bağlı verdiyi tapşırıqların icrası ilə bağlı məruzələrini dinləyib.

Bildirilib ki, Rusiya Federasiyasında baş verənlər onun daxili işidir. Lakin Qazaxıstanda dost ölkədəki vəziyyət narahatlıqla qarşılanıb.

Tokayev Rusiya Federasiyasının Qazaxıstanın strateji tərəfdaşı olduğuna diqqət çəkib. /TASS/