Krakov-2023: Eddi və Keyşadan uğurlu start
    • 26-06-2023, 15:10
    • 154

Krakov-2023: Eddi və Keyşadan uğurlu start

Bu gün Krakov-2023 III Avropa Oyunlarında badminton yarışları start götürüb.

News24.az saytının məlumatına görə, Azərbaycan yığmasının təmsilçiləri də mübarizəyə qoşulub.

Badmintonçularımız qrup mərhələsində qüvvəsini sınayacaq. Kişilərin fərdi yarışlarında Eddi Reski Dviçayo, qadınlarda isə Keyşa Fatimə Zəhra ilk matçlarını keçirir. Eddi ilk turu İspaniya təmsilçisi Luis Enrike Penalverlə üzərində qələbə ilə başa vurub - 2:1 (21:16, 17,21, 21:14). Keyşa isə  litvalı Samanta Qolubiçkayteni 2:0 (21:16 və 21:19) hesabı ilə məğlub edib.

İdmançılarımız cütlərin mübarizəsinə də qatılacaq. Eddi komanda yoldaşı Ezmi Qovimuramadhoni ilə birlikdə çıxış edəcək. Keyşa isə Era Məftuha ilə cütdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu növdə yarışlar 4 gün davam edəcək./apasport/