Azərbaycan badmintonçusu növbəti qələbəsini qazandı
    • 27-06-2023, 13:50
    • 140

Azərbaycan badmintonçusu növbəti qələbəsini qazandı

Azərbaycan basmintonçusu Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.

News24.az-ın məlumatına görə, idmançı D qrupundakı ikinci matçında Moldova təmsilçisi Vlada Qinqa ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən (2:0) Keyşa Fatimə Zəhra ikinci qələbəsini rəsmiləşdirib. O, ötən gün litvalı Samanta Qolubikaiteyə qalib gəlmişdi./report.az/