Bu nazirliyin işçilərinə "iPhone"dan istifadə qadağan olundu
    • 5-07-2023, 18:23
    • 420

Bu nazirliyin işçilərinə "iPhone"dan istifadə qadağan olundu

İyulun 17-dən Rusiyada Sənaye və Ticarət Nazirliyinin, həmçinin tabeliyindəki qurumların məsul şəxslərinə iş rabitələrində "Apple" mobil cihazlarından istifadə qadağan ediləcək.

News24.az lent.az-a istinadən bildirir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Məlumatda qeyd olunur ki, Sənaye və Ticarət Nazirliyinin daxili qadağası ilə bağlı məlumatı İT həlləri hazırlayan şirkətlərdən birinin əməkdaşı da təsdiqləyib.