Peyvənd olunanların sayı açıqlandı
    • 6-07-2023, 23:40
    • 164

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 16, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 610, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 615, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 127, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 553, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 315 təşkil edir.