Bu gün peyvənd olunanların sayı açıqlandı
    • 27-08-2022, 19:16
    • 1 071

Bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 416 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 298, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 215, üç və daha çox doza vaksin vurduranların sayı 774, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 129 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 855 924, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 373 064, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 295, üç və daha çox doza vaksin vurduranların sayı 3 361 762, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 803 təşkil edir.