Sumqayıtda avtomobil yuma məntəqəsində YANĞIN
    • 7-07-2023, 11:25
    • 193

Sumqayıtda avtomobil yuma məntəqəsində YANĞIN

Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (mağaza və avtomobil yuma məntəqəsi) sahəsi 20 m² olan mağazanın içərisində 3 ədəd vitrin soyuducusu, lambirdən ibarət tavanı 15 m² sahədə və divar üzlüyü 10 m² sahədə yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Mağazanın qalan hissəsi və avtomobil yuma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Şəmkir rayonunun Zəyəm qəsəbəsində ümumi sahəsi 15 m² olan ət satışı mağazasının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev və tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.