Sarkisyandan Paşinyanın iddialarına cavab:
    • 7-07-2023, 18:34
    • 162

Sarkisyandan Paşinyanın iddialarına cavab: "Bu, əxlaqsızlıqdır"

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Nikol Paşinyanın Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesi ilə bağlı keçmiş hakimiyyətin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

News24.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib. 

“Birincisi, yüksək vəzifəli məmur bununla məşğuldursa, özü də şər olur. İkincisi, özünü xilas etmək üçün başqalarına böhtan atmaq əxlaqsızlıqdır və böhtanın çox, çox böyük ölçüsü var. Üçüncüsü, psixoloqlar deyirlər ki, yalançılar sonda elə bir nöqtəyə gəlirlər ki, onlar öz yalanlarına inanmağa başlayırlar. Amma belə bir ümidverici hal var: deyirlər ki, yalanın son mərhələsidir. Ümid edirəm ki, biz həmin son mərhələdəyik”, - Serj Sarkisyan bildirib.

“Necə ola bilər ki, proseslər yoxdur? Və 44 günlük müharibədə hərbçilərin onu 10 dəfədən çox aldatdığını açıq etiraf edən şəxsə ciddi cavab vermək... 10 dəfə aldadıla bilən və bunu hiss etməyən bir insanı təsəvvür edə bilərsinizmi? Yəni belə adam hansı idarəetmə qabiliyyətinə malik olmalıdır, yaxud o hansı biliyə malik olmalıdır? Bütün faciəmizin səbəbi bundadır, başqa heç nədə deyil” – sabiq prezidet qeyd edib.

Akqabay