Şabranda ağır yol qəzası baş verib, ölən və yaralananlar var
    • 9-07-2023, 12:03
    • 207

Şabranda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Şabranda avtomobil qəzası nəticəsində dünyasını dəyişən üç şəxsin kimliyi məlum olub.

News24.az-ın məlumatına görə, Bakı-Quba avtomobil yolunun Şabran rayonundan keçən hissəsində “Mercedes-Vito” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 2006-cı il təvəllüdlü Səlimov İsbat Sadiq oğlu, 1979-cu il təvvəlüdlü Həsənov Məhərrəm Tofiq oğlu və 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəy oğlu olduğu ölüb.

Onların Bakıdan Nabrana istirahətə getdikləri bildirilir.

Qəza zamanı daha iki nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.