Salyanda yolu bağlayıb heyvan satırlar - VİDEO
    • 12-07-2023, 11:06
    • 370

Salyanda yolu bağlayıb heyvan satırlar - VİDEO

Bakı-Ələt-Astara magistralının Salyan şəhərinə gedən yolda yerləşən körpünün yaxınlığında iri və xırda buynuzlu mal-qara satan satıcılar yolu bağlayaraq heyvan satışı həyata keçirir. 

News24.az-a verilən məlumata görə, həftənin bir neçə günü axşam saatlarında başlayan satış səhər saat 9-dan 11-ə qədər davam edir. Həmin müddətdə isə Salyan şəhərinə giriş-çıxış məhdudlaşır. 

Qeyd edək ki, köhnə Salyan yolunda təmir getdiyi üçün vətəndaşlar sözügedən yoldan istifadə edirlər. 

Qumral Əliyeva